İtaliyadan Azərbaycana mərci idxalı bərpa edilib
- 03 mart, 2023
- 10:43
2022-ci il ərzində Azərbaycana xaricdən 7,532 milyon ABŞ dolları dəyərində 7 min 490 ton mərci gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 44 %, kəmiyyət olaraq – 35 % çoxdur.
Azərbaycan Qazaxıstandan 3,25 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 % artıb) 2 min 892 ton (+15 %), Rusiyadan 2,12 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 2 min 677 ton (+2,7 dəfə), Qırğızıstandan 1,672 milyon ABŞ dolları dəyərində (+54 %) 1 min 513 ton (+14 %), Kanadadan 470 min ABŞ dolları dəyərində (-21 %) 394 ton (-29 %), Türkiyədən 18,71 min ABŞ dolları dəyərində (-90 %) 11,52 ton (-92 %) məhsul alıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Malavidən (0,37 min ABŞ dolları dəyərində 0,22 ton) idxal həyata keçirilib. Bir il 8 aylıq fasilənin ardından İtaliyadan (0,12 min ABŞ dolları dəyərində 0,03 ton) mərci tədarükü bərpa edilib.
2021-ci ildə Azərbaycanın idxal (13 ölkədən) etdiyi 5 min 564 ton mərcinin 45 %-i Qazaxıstanın, 20 %-i Qırğızıstanın payına düşüb.