İki ölkədən Azərbaycana çay idxalı bərpa edilib
- 01 noyabr, 2022
- 05:35
Bu ilin ilk 8 ayı ərzində Azərbaycan xaricdən 47,328 milyon ABŞ dolları dəyərində 9 min 406 ton qara çay alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15,6 % çoxdur, kəmiyyət olaraq – 2,6 % azdır.
Şri-Lankadan 41,232 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % çoxdur) 8 min 020 ton (+2,9 %), Rusiyadan 3,129 milyon ABŞ dolları dəyərində (+1,8 %) 586,19 ton (-9,1 %), Hindistandan 1,085 milyon ABŞ dolları dəyərində (-46,6 %) 343,47 ton (-42 %), Keniyadan 968,15 min ABŞ dolları dəyərində (+77,3 %) 194,97 ton (+43,4 %), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 247,65 min ABŞ dolları dəyərində (+25,3 %) 28,56 ton (+26,1 %) məhsul gətirilib.
Beş il 10 ayın tamamında Tayvandan, 3 il bir aylıq fasilədən sonra Bolqarıstandan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 2,1 min ABŞ dolları dəyərində 0,17 ton və 0,25 min ABŞ dolları dəyərində 0,03 ton çay idxal edilib.
Hesabat dövründə Azərbaycan 8,262 milyon ABŞ dolları dəyərində (+57,4 %) 1 min 341 ton (+2 dəfə) qara çay ixrac edib.
Rusiyaya 3,668 milyon ABŞ dolları dəyərində (+12 dəfə) 786,28 ton (+15,4 dəfə), Gürcüstana 3,322 milyon ABŞ dolları dəyərində (+1,8 %) 398 ton (-5,7 %), Ukraynaya 649,79 min ABŞ dolları dəyərində (-35,4 %) 80,39 ton (-36,5 %), BƏƏ-yə 157,99 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 15,91 ton (+2,7 dəfə), Polşaya 89,59 min ABŞ dolları dəyərində 20,3 ton (bir il 3 aydan sonra tədarük bərpa edilib) məhsul göndərilib.