İki ölkədən Azərbaycana bal idxalı bərpa edilib

ASK
  • 07 fevral, 2023
  • 10:27
İki ölkədən Azərbaycana bal idxalı bərpa edilib

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 402,4 min ABŞ dolları dəyərində 76 ton təbii bal idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 34,4 %, kəmiyyət olaraq – 38,2 % azdır.

Türkiyədən Azərbaycana 156,39 min ABŞ dolları (bir il əvvəlki göstəricidən 6,6 % azdır) dəyərində 30,75 ton (+22 %), Rusiyadan 153,91 min ABŞ dolları (-43 %) dəyərində 30,75 ton (-42,7 %), İspaniyadan 48,65 min ABŞ dolları dəyərində (+44 %) 6,59 ton (+89,4 %), Almaniyadan 19,98 min ABŞ dolları (+29,3 %) dəyərində 1,99 ton (+15 %), İrandan 12,13 min ABŞ dolları (-88,4 %) dəyərində 3,95 ton (-89 %) məhsul gətirilib.

Altı il 6 ayın tamamında İsveçrədən, 1 il 3 aylıq fasilənin ardından Qırğızıstandan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,35 min ABŞ dolları dəyərində 0,05 ton və 6,75 min ABŞ dolları dəyərində 1,44 ton bal alınıb.