Fərhad Qaraşov: “Nar istehsalçılarına subsidiyanı artırmaq lazımdır”

Fərhad Qaraşov: “Nar istehsalçılarına subsidiyanı artırmaq lazımdır” Azərbaycanda nar bağlarını genişləndirmək üçün dövlətin fermerlərə verdiyi subsidiyanı artırmaq, həmçinin dərman, gübrə və pestisidlərin keyfiyyətini yüksəltmək lazımdır.
ASK
24 Dekabr , 2024 12:18
Fərhad Qaraşov: “Nar istehsalçılarına subsidiyanı artırmaq lazımdır”
Fərhad Qaraşov

Azərbaycanda nar bağlarını genişləndirmək üçün dövlətin fermerlərə verdiyi subsidiyanı artırmaq, həmçinin dərman, gübrə və pestisidlərin keyfiyyətini yüksəltmək lazımdır.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycan narının rəqabət qabiliyyətini artırmaq, onu beynəlxalq səviyyədə brendləşdirmək üçün fermerlərin həm yerli, həm də beynəlxalq sərgilərdə, eləcə də aqrotexniki təlimlərdə iştirakını genişləndirməyə ehtiyac var.

"Azərbaycan narı dünya bazarında yüksək keyfiyyətinə və təbii ekstratlarına görə seçilir, dadlılığı, şirinliyi, yüksək antioksidant tərkibi və uzun müddət saxlanmaq qabiliyyətinə görə fərqlənir. Hazırda narı əsasən Rusiya və Gürcüstana ixrac edirik. Rusiya-Ukrayna müharibəsinə qədər Ukrayna da əsas ixrac bazarlarından biri idi. Rəqabət qabiliyyətini artırmaq üçün ixrac bazarının genişləndirilməsinə və məhsulun tanıdılması istiqamətində işlərə hələ də ehtiyacımız var”, - F. Qaraşov əlavə edib.

Son xəbərlər

Orphus sistemi