FAO Azərbaycanda 3 yeni layihə həyata keçirməyi planlaşdırır

FAO Azərbaycanda 3 yeni layihə həyata keçirməyi planlaşdırır Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Bakıda Ümumdünya Ərzaq Təşkilatının (FAO) Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqlarının artırılması layihəsinin yekun seminarı keçirilib.
ASK
24 Aprel , 2018 10:52
FAO Azərbaycanda 3 yeni layihə həyata keçirməyi planlaşdırır

Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Bakıda Ümumdünya Ərzaq Təşkilatının (FAO) "Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqlarının artırılması" layihəsinin yekun seminarı keçirilib.

"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Seymur Səfərli layihənin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb: "Həyata keçirilmiş layihə ekoloji kənd təsərrüfatı sahəsində irəliyə atılmış addım olacaq".

O, bu sahənin inkişafı ilə bağlı müəyyən çətinliklərin olduğunu bildirib.

Daha sonra Türkiyənin Qida, Kənd Təsərrüfatı Heyvandarlıq Nazirliyinin nümayəndəsi Ayhan Baran çıxış edərək yaxın vaxtlarda 10 layihə icra edəcəklərini, həmin layihələrdə Azərbaycanın da iştirak edəcəyini bildirib.

FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin nümayəndəsi Natavan İmanova isə deyib ki, həyata keçirilən layihə çərçivəsində Azərbaycanın gələcək 7 il üçün ekoloji təmiz kənd təsərrüfatı üzrə inkişaf strategiyası hazırlanıb. "Qanunvericiliklə bağlı işlər həyata keçirilib. Orqanik kənd təsərrüfatının inkişafı Azərbaycanın ixrac potensialının artırılmasına yönəlib. FAO yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinə, həmçinin fitosanitar sahəsində dəstək layihələri hazırlayır. Qurum gələn ay Azərbaycanda 3 layihənin icrasına başlayacaq. Bu qoyunçuluq, damazlıq heyvanların embrion köçürülməsi, toxumluq kartofun istehsalı ilə bağlı olan layihələrdir. Həmçinin, iki layihə hazırlanır. Bunlar fındıq istehsalı və arıçılıqla bağlıdır".

Son xəbərlər

Orphus sistemi