Əkinçilik Elmi-Tədqiqat İnstitutu Şəkili fermerlərlə əməkdaşlıq edəcək

Əkinçilik Elmi-Tədqiqat İnstitutu Şəkili fermerlərlə əməkdaşlıq edəcək Azərbaycanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə fermerlərlə növbəti görüş keçirilib.
ASK
12 İyul , 2021 11:34
Əkinçilik Elmi-Tədqiqat İnstitutu Şəkili fermerlərlə əməkdaşlıq edəcək

Azərbaycanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə fermerlərlə növbəti görüş keçirilib.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, görüş çərçivəsində Şəkidə taxılçılığın elmi əsaslarla inkişafına nail olmaq məqsədilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə rayonun Şorsu kənd sakini Əfqan Əsgərov və Qaratorpaq kənd sakini Natiq Məmmədov arasında əməkdaşlıq müqavilələri imzalanıb. Müqavilələrə əsasən, fermerlər İnstitutla əməkdaşlıq edəcək, taxılçılıqda düzgün aqrotexniki qaydalara riayət etməklə yüksək və keyfiyyətli məhsul əldə edəcəklər.

Son xəbərlər

Orphus sistemi