Dünya Bankı Azərbaycanın aqrar sahəsinə dəstəyini genişləndirməyə hazırdır

Dünya Bankı Azərbaycanın aqrar sahəsinə dəstəyini genişləndirməyə hazırdır "Baytarlıq xidmətlərinin imkanlarının dəyərləndirilməsi üzrə araşdırılmalar aparılır".
ASK
31 Avqust , 2021 14:11
Dünya Bankı Azərbaycanın aqrar sahəsinə dəstəyini genişləndirməyə hazırdır
Sara Maykl

"Baytarlıq xidmətlərinin imkanlarının dəyərləndirilməsi üzrə araşdırılmalar aparılır. Bu, Dünya Bankı ilə kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi çərçivəsində həyata keçirilir".

"Report" xəbər verir ki, bunu Dünya Bankının ölkə üzrə meneceri Sara Maykl Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi Azərbaycanda özəl baytarlığın tətbiqinə həsr edilmiş tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə, Azərbaycan Prezidentinin fərmanına uyğun olaraq, bu bizə imkan yaradır ki, dövlətdən özəl baytarlıq sisteminə keçid edək və institusional layihə həyata keçirdək: "Eyni zamanda, baytarlara avadanlıqların verilməsi həyata keçiriləcək. Baytarlara ilkin, lazımı cihazlar veriləcək. Özəl baytarlığın yaradılması böyük əhəmiyyət daşıyır və bu, heyvandarlıq sahəsində dayanıqlılıq təmin edəcək".

O əlavə edib ki, aqrar sahə iş yerlərinin yaradılması baxımından prioritet sahə olaraq qalır: "Bu istiqamətdə Azərbaycan hökumətinə öz dəstəyimizi göstərməyə hazırıq. Biz 30 il ərzində aqrar sahədə layihələr həyata keçiririk. Ölkənin diversifikasiyasında iştirak edirik. Kənd təsərrüfatı ən böyük qeyri-neft sahəsidir. Kənd təsərrüfatının potensialı geniş sərmayələrin cəlbi ilə inkişaf etdirilə bilər. Bu aqrar sahədə özəl sahibkarlığın genişlənməsinə səbəb ola bilər. Hökumət bu istiqamətdə işlər görür. Biz bəzi sahələrdə yeni əməkdaşlıq imkanları görürük. Kənd təsərrüfatı sahəsində hökumətin gördüyü işlərə töhfə vermək istəyirik".

Son xəbərlər

Orphus sistemi