Dünya Bankı: Azərbaycanda kənd təsərrüfatının məhsuldarlığı aşağıdır

Dünya Bankı: Azərbaycanda kənd təsərrüfatının məhsuldarlığı aşağıdır Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycanda ümumi daxili məhsulun 6-7%-i kənd təsərrüfatının payına düşür. Halbuki, əhalinin 37-40%-i aqrar sektorda çalışır”.
ASK
20 Noyabr , 2018 11:07
Dünya Bankı: Azərbaycanda kənd təsərrüfatının məhsuldarlığı aşağıdır
Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi / Report
0 : 00
0 : 00

Bakı. 20 noyabr. REPORT.AZ/ "Azərbaycanda ümumi daxili məhsulun 6-7%-i kənd təsərrüfatının payına düşür. Halbuki, əhalinin 37-40%-i aqrar sektorda çalışır”.

“Report” xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə regional meneceri Həsən Naqvi deyib.

Onun sözlərinə görə, bu göstəricilər ölkədə kənd təsərrüfatının yaxşı inkişaf etməməsindən, bu sahənin məhsuldarlığının aşağı olmasından xəbər verir.

“Azərbaycanda aqrar sahə ilə məşğul olanlar Türkiyədəki həmkarlarından orta hesabla 3 dəfə, Polşadakı həmkarlarından isə 6 dəfə az məhsul istehsal edirlər. Məsələn, Azərbaycan fermeri 1 hektar sahədən 20 ton, türkiyəli fermer isə 60 ton pomidor yığır. Polşada bu rəqəm daha yüksəkdir. Və yaxud Azərbaycanda 1 hektar sahədən 7 ton, Türkiyədə 15 ton, Polşada isə 20 ton çox alma yığılır”. 

Son xəbərlər

Orphus sistemi