Dünya Bankı: "Azərbaycanda aqrar sektor ixracın 77%-ni Rusiya istiqamətində həyata keçirir və bu, zəif cəhətdir"

ASK
  • 25 iyun, 2018
  • 07:47
Dünya Bankı: Azərbaycanda aqrar sektor ixracın 77%-ni Rusiya istiqamətində həyata keçirir və bu, zəif cəhətdir

Bakı. 25 iyun. REPORT.AZ/ "Azərbaycanda kənd təsərrüfatında məhsuldarlığın səviyyəsi ötən əsrin 60-cı illərində Latın Amerikası ölkələrindəki məhsuldarlıq səviyyəsindən bir qədər çoxdur". 

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dünya Bankı ilə birgə təşkil etdiyi 3-cü Bilik Sərgisidə beynəlxalq maliyyə qurumunun nümayəndəsi Culian Lampietti bildirib.

"Məhsuldarlığı 3 dəfə artırmaq üçün imkanlar var. Bu baxımdan rəqəmsal texnologiyaların tətbiqi mühüm rol oynaya bilər. Xüsusilə ət və süd məhsullarının istehsalında potensial daha böyükdür", - o qeyd edib. 

Dünya Bankının rəsmisi Azərbaycanda kənd təsərrüfatı üzrə ixrac potensialının dəyərini də açıqlayıb və bu rəqəmin 1,1 mlrd. ABŞ dolları olduğunu deyib.

Onun sözlərinə görə, aqrar sektor ixracın 77%-ni Rusiya istiqamətində həyata keçirir və bu, zəif cəhətdir: "Yeni bazarlar barədə düşünmək lazımdır". 

Son xəbərlər

Bütün Xəbər Lenti