Dövlət Taxıl Fondunda məhsulun saxlanılması müddətinə məhdudiyyət qoyulub

Dövlət Taxıl Fondunda məhsulun saxlanılması müddətinə məhdudiyyət qoyulub Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda dəyişiklik edilib.
ASK
28 Aprel , 2023 12:19
Dövlət Taxıl Fondunda məhsulun saxlanılması müddətinə məhdudiyyət qoyulub

Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda dəyişiklik edilib.

“Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Fondda saxlanılan taxılın saxlanma müddəti taxılın məhsul ilindən etibarən 24 aydan artıq ola bilməz. Dövlət Sifarişçisi tərəfindən saxlanma müddəti başa çatmamış taxılın keyfiyyətli və təhlükəsiz saxlanmasını təmin etmək məqsədilə həmin məhsulun müvafiq hissəsi yenidən işlənilə (qurudula, zərərsizləşdirilə, soyudula və təmizlənə) bilər.

Son xəbərlər

Orphus sistemi