Dörd ölkədən Azərbaycana çay idxalı bərpa edilib

ASK
  • 15 fevral, 2023
  • 07:30
Dörd ölkədən Azərbaycana çay idxalı bərpa edilib

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 67,52 milyon ABŞ dolları dəyərində 12 min 959 ton qara çay alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 4 % çoxdur.

Şri-Lankadan Azərbaycana 57,85 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 31 % çoxdur) 10 min 761 ton (+8,2 %), Rusiyadan 4,785 milyon ABŞ dolları dəyərində (+4 %) 905,5 ton (-5,5 %), Hindistandan 2,341 milyon ABŞ dolları dəyərində (-8 %) 705,63 ton (-3,4 %), Keniyadan 1,312 milyon ABŞ dolları dəyərində (+50 %) 264 ton (+29,4 %), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 367,6 min ABŞ dolları dəyərində (+16,5 %) 42,12 ton (+14 %) məhsul gətirilib.

Beş il 10 ayın tamamında Tayvandan, 3 il 4 aylıq aradan sonra Amerika Birləşmiş Ştatlarından, 3 il 1 aylıq fasilənin ardından Bolqarıstandan və 1 il 5 aydan sonra Litvadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 2,32 min ABŞ dolları dəyərində 0,2 ton, 0,72 min ABŞ dolları dəyərində 0,02 ton, 0,25 min ABŞ dolları dəyərində 0,03 ton və 1,36 min ABŞ dolları dəyərində 0,08 ton çay idxal edilib.