Daha 6 ölkədən Azərbaycana tərəvəz toxumu tədarükünə başlanılıb
- 03 mart, 2023
- 07:23
2022-ci il ərzində Azərbaycana 12,34 milyon ABŞ dolları dəyərində 97,4 ton tərəvəz toxumu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 17 % azdır.
Azərbaycan Tailanddan 1,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 36 % azdır) 0,39 ton (-37 %), Türkiyədən 1,37 milyon ABŞ dolları dəyərində (-14 %) 24,67 ton (+52 %), Fransadan 1,353 milyon ABŞ dolları dəyərində (+3,4 dəfə) 12,85 ton (+6,4 dəfə), Braziliyadan 1,348 milyon ABŞ dolları dəyərində (+7 dəfə) 0,12 ton (-57 %), Perudan 1,3 milyon ABŞ dolları dəyərində (-45 %) 0,1 ton (-29 %) məhsul alıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belçikadan (21,72 min ABŞ dolları dəyərində 0,01 ton), Ekvadordan (12,54 min ABŞ dolları dəyərində 0,1 ton), Niuedən (Yeni Zelandiya) (4,29 min ABŞ dolları dəyərində 0,05 ton), Mərkəzi Afrikadan (1,8 min ABŞ dolları dəyərində 0,01 ton), Tayvandan (10,25 min ABŞ dolları dəyərində 0,02 ton) və Zambiyadan (42,37 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.