CAR Azərbaycana ananas ixracını bərpa edib

ASK
  • 14 aprel, 2022
  • 12:50
CAR Azərbaycana ananas ixracını bərpa edib

Azərbaycana 2022-ci ilin yanvar-fevral aylarında xaricdən 221,72 min ABŞ dolları dəyərində 245,42 ton ananas (təzə və ya qurudulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22,6 %, kəmiyyət olaraq – 16,6 % artıb.

Azərbaycan hesabat dövründə Kosta-Rikadan 210,71 min ABŞ dolları dəyərində 243,1 ton, Tailanddan 9,44 min ABŞ dolları dəyərində 2 ton, Mavrikiyadan 1,12 min ABŞ dolları dəyərində 0,22 ton və Cənubi Afrika Respublikasından (CAR) 0,45 min ABŞ dolları dəyərində 0,09 ton məhsul alıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə Kosta-Rikadan idxal 17,4 % və 15,7 % artıb, Mavrikiyadan – 3,4 % və 15,4 % azalıb. 2021-ci ilin ilk iki ayında Tailanddan ananas alınmayıb. Bir il 7 aylıq fasilənin ardından CAR-dan tədarük bərpa edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti