Biləsuvarda pambıq yığımına başlanılıb

Biləsuvarda pambıq yığımına başlanılıb Biləsuvar rayonunda pambıq yığımına başlanılıb.
ASK
20 Sentyabr , 2022 17:17
Biləsuvarda pambıq yığımına başlanılıb

Biləsuvar rayonunda pambıq əkilmiş sahələrdən məhsul yığımına başlanılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, bu il rayonda 7 459 min hektar ərazidə pambıq əkilib.

Əkinin 1551 hektarı “MKT İstehsal Kommersiya”, 2 550 hektarı “Azərpambıq”, 1 500 hektarı “P-Agro”, 1 416 hektarı "Cotton Trade", 300 hektarı "Taşobası", 100 hektarı "Aztəsərrüfat", 42 hektarı isə "AŞİB" MMC-lərlə bağlanmış müqavilələr əsasında həyata keçirilib. Sahibkarlar yüksək məhsuldarlığa nail olmaq üçün bütün aqrotexniki işləri vaxtında və keyfiyyətlə aparıblar.

Bu il Biləsuvarda hər hektardan 30 sentnerə yaxın pambıq yığılması planlaşdırılır. Rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlər, pambıqyığanlar hazır vəziyyətə gətirilib və bu sahədə işlərin operativliyini təmin etmək məqsədilə qərargah yaradılıb.

Son xəbərlər

Orphus sistemi