Biləsuvarda pambıq yığımı bir aya yaxın gecikəcək
ASK
- 22 sentyabr, 2024
- 17:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Biləsuvar rayonunda pambıq tarlalarında məhsul yığımı təxminən bir aya yaxın gecikəcək.
"Report"un Muğan bürosunun məlumatına görə, buna səbəb əkin işlərinin havaların yağıntılı keçməsi səbəbindən bir ay gec aparılmasıdır.
Belə ki, rayon ərazisində məhsulun yığımına oktyabr ayının ortalarından start veriləcək.
Qeyd edək ki, bu il rayonda 7 050,8 hektar sahədə pambıq əkilib.
Həmçinin yığımda istifadə olunacaq müxtəlif təyinatlı texnikalar saz vəziyyətə gətirilib. Pambıq yığımında 52 maşın iştirak edəcək. Bununla yanaşı, 115 traktor və 265 yedəkli lafetdən də istifadə olunacaq.
Pambıq kollarının yarpaqlarının tökülməsi məqsədilə tarlalarda defolvasiya işləri cari ayın sonu aparılacaq.
Son xəbərlər
10:48
Lənkəranda vətəndaşların 150 min manatdan çox vəsaitini ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə10:47
Gürcüstan XİN başçısı Kanada rəsmisi ilə regiondakı vəziyyəti müzakirə edib
Region10:43
İoannis Diamantakos: "Məqsəd Azərbaycan basketbolunun gələcəyi üçün möhkəm təməl yaratmaqdır"
Komanda10:40
Azərbaycanın futzal üzrə U-19 millisi Avropa çempionatında mübarizəyə əsas mərhələdən başlayacaq
Futbol10:34
Azərbaycanın voleybol üzrə qızlardan ibarət milliləri Gökhan Edmana tapşırılıb
Komanda10:26
Foto
"Petkim"in etilen istehsalı 2 dəfə artırıla bilər
Energetika10:26
İoannis Diamantakos Azərbaycanın qadın basketbolçulardan ibarət millisinin baş məşqçisi təyin olunub
Komanda10:20
Pakistanda məktəbliləri daşıyan avtobus yanıb, 11 uşaq xəsarət alıb
Digər ölkələr10:15