Yuxarı
    Bağlamaq

    BƏƏ Rusiyadan quş əti idxalına qadağa qoyub

    Bakı. 3 yanvar. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiyanın Kostroma vilayətindən quş əti və yumurta idxalına qadağa qoyub.

    “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb vilayətdə yaranmış quş qripi təhlükəsidir.

    Qadağanı BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit nazirliyi tətbiq edib. Qurum həmçinin sözügüdən xəstəliyin bir qədər əvvəl müşahidə edildiyi Həştərxan vilayətindən və Kalmıkiya bölgəsindən də ölkəyə ət gətirilməsini qadağan edib.

    Bununla belə, Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət idarəsi - “Rosselnadzor” bəyan edib ki, qadağa barədə məlumatsızdır. İdarənin mətbuat katibi Yuliya Melano bildirib ki, bu barədə BƏƏ-dən xəbərdarlıq almayıblar. 

    Onun sözlərinə görə, söhbət 2017-ci ildə qeydə alınmış quş qripi epidemiyalarından gedə bilər, amma onun da qarşısı alınıb. Ərəb tərəfi yeni epidemiya barədə rəsmən müraciət edərsə qarşı tərəflər danışıqlara başlanılacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi