Bakıda "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri başlayıb

Bakıda "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri başlayıb ​​​​​​​Bu gün Bakı Ekspo Mərkəzində sayca 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgiləri öz işinə başlayıb
ASK
15 May , 2024 10:19
Bakıda Caspian Agro və InterFood Azerbaijan sərgiləri başlayıb

Bu gün Bakı Ekspo Mərkəzində sayca 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgiləri öz işinə başlayıb.

"Report" xəbər verir ki, sərgi kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir araya toplayıb. Sərgi iştirakçıları arasında Azərbaycanla yanaşı ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Rusiya Federasiyası, Serbiya,Türkiyə və şirkətləri yer alıb.

Üç gün davam edəcək "Caspian Agro"nun əsas bölmələrinə kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, meyvə və tərəvəzlərin yetişdirilməsi daxildir.

"Caspian Agro" ilə paralel olaraq, Xəzər regionunda qida sənayesi nümayəndələrinin əsas görüş yeri olan 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi "InterFood Azerbaijan" təşkil ediləcək. Sərgidə Azərbaycanla yanaşı, Belarus, Çin, Hindistan, İran, İtaliya, Polşa, Rusiya Federasiyası, Şri-Lanka, Tayland, Türkmənistan, Türkiyə və Venesueladan olan şirkətlər təmsil olunurlar.

"InterFood Azerbaijan" − sərgi iştirakçılarının öz məhsullarının real satışını həyata keçirdikləri, öz şirkətləri üçün distribütorlar və nümayəndələr tapdıqları fürsət məkanıdır. Vahid platformada dondurulmuş qidalar və yarımfabrikatlar, qənnadı və un məhsulları, konservləşdirilmiş qidalar, ət məmulatları, süd məmulatları, meyvə-tərəvəzlər, yağ məhsulları, şirələr, çay, sağlam qidalar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, paketlər və bir sıra digər məhsullar təqdim edilir.

Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasını (AQSİA) "Türk Dünyası" stendi ilə 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak edir.

Sahinkarlığının İnkişafı Assosiasiyası təşkilatçılığı və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə türkdilli ölkələrin kənd təsərrüfatı sahəsində çalışan sahibkar qadınlara məxsus stend nümayiş etdirilir. Stenddə nümayiş olunan məhsullar Türkiyə, Şimali Kipr Türk Respublikası, Özbəkistan, Qazaxıstan, Qırğızıstan eləcə də yerli qida və kənd təsərrüfatı məhsullarıdır.

"Türk Dünyası" dünyası stendini Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Özbəkistanın Azərbaycandaki səfiri səfiri Bahrom Aşrafxanov və Macarıstan səfirliyinin İqtisadi əlaqələr üzrə nümayəndəsi ziyarət edərək sahibkarların məhsullarına baxış keçiriblər.

Sərgidə ilk dəfə olaraq "Agro Hackathon" müsabiqəsi keçiriləcək. Sözügedən müsabiqədə proqram tərtibatçıları, interfeys dizaynerləri və kompüter proqramçılarından təşkil olunan komandalar bir araya gələrək kənd təsərrüfatı sahəsinə aid texnoloji həllər tapacaq və yeni layihələr ərsəyə gətirəcəklər. Qalib komandalar pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri mayın 17-dək davam edəcək.

Hər il olduğu kimi bu il də təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edəcəklər. Sərgi çərçivəsində Azərbaycanın 42 rayondan fermerlər qabaqcıl texnologiyalar və yeni sənaye təcrübələri ilə tanış olmaq imkanı əldə edəcəklər.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi” çərçivəsində “Beynəlxalq Aqrar İnnovasiya Forumu” keçiriləcək. Forumda kənd təsərrüfatının müxtəlif sahələrinə dair panel müzakirələr təşkil olunacaq.

Bundan başqa, bu il sərgidə ilk dəfə olaraq Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək. Hakatonun əsas məqsədi innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə, aqrar idarəetmənin təkmilləşdirilməsinə və gənclər arasında bu sahəyə marağın artırılmasına nail olmaqdır.

Son xəbərlər

Orphus sistemi