Bakıda bal yarmarkasına çıxarılacaq 30 ton məhsulun yararsız olduğu üzə çıxıb

Bakıda bal yarmarkasına çıxarılacaq 30 ton məhsulun yararsız olduğu üzə çıxıb Bakı. 4 oktyabr. REPORT.AZ/ Sabahdan başlayaraq oktyabrın 28-dək Bakıda keçiriləcək arıçılıq məhsullarının sərgi-satış yarmarkasında keyfiyyət məsələlərinə Qida Təhlükəsizliyi Agentliyi, təşkilati məsələlərə isə Kənd Təsərrüfatı Nazirliyi baxacaq.
ASK
4 Oktyabr , 2018 14:52
Bakıda bal yarmarkasına çıxarılacaq 30 ton məhsulun yararsız olduğu üzə çıxıb
0 : 00
0 : 00

Bakı. 4 oktyabr. REPORT.AZ/ Sabahdan başlayaraq oktyabrın 28-dək Bakıda keçiriləcək arıçılıq məhsullarının sərgi-satış yarmarkasında keyfiyyət məsələlərinə Qida Təhlükəsizliyi Agentliyi, təşkilati məsələlərə isə Kənd Təsərrüfatı Nazirliyi baxacaq.

“Report” xəbər verir ki, bu barədə yarmarka ilə bağlı keçirilən mətbuat konfrasında nazirliyin baytarlıq şöbəsinin müdiri Asəf Ömərov bildirib.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov isə deyib ki, əvvəlki yarmarkalardan fərqli olaraq bu il rəhbərlik etdiyi qurum sərgi-satışda tərəfdaş qismində çıxış edəcək.

Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev isə qeyd edib ki, yarmarkaya çıxarılması planlaşdırılan 3 974 adda məhsuldan 900-ü, yəni təxminən 30 ton məhsul ekspertizanın nəticələrinə görə yararsızdır.

Mətbuat konfrasında çıxış edən KİVA beynəlxalq sertifikasiya təşkilatının əməkdaşı Mətin Duran bildirib ki, Azərbaycan məhsullarının dünya bazarına çıxarılması üçün sərgi-satış yarmarkasında 3-cü tərəf qismində çıxış edirlər: “Burada bizim işimiz Qida Təhlükəsizliyi Agentliyinin analiz nəticələrindən narazı olan sahibkarların məhsullarını yenidən ekspertizadan keçirməkdir. Bununla da yarmarkanın tam şəffaf şəkildə keçirilməsinə və bu biznesin inkişafına töhfə verəcəyik". 

Son xəbərlər

Orphus sistemi