Bakıda B20-nin regional forumu keçirilir

Bakıda B20-nin regional forumu keçirilir Tədbir SOCAR və İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə keçirilir
ASK
12 May , 2015 15:36
Bakıda B20-nin regional forumu keçirilir

Bakı. 12 may. REPORT.AZ/ Bakıda SOCAR və İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə "B20 Azərbaycan regional məsləhət forumu" işə başlayıb. 

"Report" xəbər verir ki, SOCAR prezidenti Rövnəq Abdullayev, Türkiyə baş nazirinin köməkçisi Əli Babacan, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və başqa rəsmilərin, həmçinin 150-dən artıq sahibkarın iştirak etdiyi forumu giriş sözü ilə ASK prezident Məmməd Musayev açıb.

M.Musayev B20 forumunun tarixindən və qarşıda duran məsələlər barədə danışıb. Daha sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının baş katibi Məmməd Zülfüqarov və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Abzal Saparbekuli çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi