Azərbaycandan Ukraynaya yemiş ixracı 14 dəfə artıb

ASK
  • 26 oktyabr, 2022
  • 13:27
Azərbaycandan Ukraynaya yemiş ixracı 14 dəfə artıb

Bu ilin ilk 8 ayı ərzində Azərbaycandan xaricə 629,64 min ABŞ dolları dəyərində 1 min 342 ton yemiş göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 43 %, kəmiyyət olaraq – 79 % çoxdur.

Rusiyaya 369,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7,4 % azdır) 474,31 ton (-17,9 %), Ukraynaya 232,97 min ABŞ dolları dəyərində (+21 dəfə) 767,97 ton (+14 dəfə) və Belarusa 27,38 min ABŞ dolları dəyərində 82,1 ton məhsul satılıb.

On il 6 aylıq fasilədən sonra Belarusa tədarük bərpa edilib.

Hesabat dövründə Azərbaycana 74,36 min ABŞ dolları dəyərində (-22,2 %) 91,73 ton (-29,8 %) yemiş idxal edilib.

İrandan 39,21 min ABŞ dolları dəyərində (-34 %) 56,01 ton (-34,1 %), Türkiyədən 18,28 min ABŞ dolları dəyərində (+28,6 %) 26,12 ton (+23,8 %), Tailanddan 9,28 min ABŞ dolları dəyərində (+4,6 %) 2 ton (dəyişməyib), Kosta-Rikadan 4,95 min ABŞ dolları dəyərində (+3,2 dəfə) 4,95 ton (+3 dəfə) və Braziliyadan 2,6 min ABŞ dolları dəyərində (-36,6 %) 2,65 ton (-38,2 %) məhsul alınıb.