Azərbaycandan iki ölkəyə alma ixracı bərpa edilib

ASK
  • 07 fevral, 2023
  • 05:34
Azərbaycandan iki ölkəyə alma ixracı bərpa edilib

2022-ci ilin ilk 11 ayı ərzində Azərbaycandan xaricə 44,1 milyon ABŞ dolları dəyərində 69 min 283 ton alma göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 34,4 %, kəmiyyət olaraq – 16,3 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 42,614 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 % çoxdur) 65 min 342 ton (+16,2 %), Qazaxıstana 921,35 min ABŞ dolları dəyərində (+21 %) 3 min 088 ton (+17 %), Belarusa 271,72 min ABŞ dolları dəyərində 268,93 ton, Birləşmiş Ərəb Əmirliklərinə 117,61 min ABŞ dolları dəyərində (+7,9 dəfə) 137 ton (+7,4 dəfə), İrana 64,56 min ABŞ dolları (+55 dəfə) dəyərində 258,25 ton (+39 %) məhsul satıb.

Dörd il 11 ayın tamamında Belarusa, 2 il 10 aylıq fasilənin ardından İraqa tədarük bərpa edilib. Azərbaycandan İraqa 5,38 min ABŞ dolları dəyərində 21,5 ton alma ixrac edilib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın ixrac etdiyi (13 ölkəyə) 66,85 min ton almanın 94 %-i Rusiyanın payına düşüb.