Azərbaycandan 4 ölkəyə fındıq ixracı bərpa edilib

ASK
  • 06 yanvar, 2023
  • 07:00
Azərbaycandan 4 ölkəyə fındıq ixracı bərpa edilib

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 83,241 milyon ABŞ dolları dəyərində 15 min 241 ton meşə fındığı (qabıqlı və qabığı təmizlənmiş) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 7,6 %, kəmiyyət olaraq – 17,1 % çoxdur.

Hesabat dövründə Rusiyaya 38,567 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,6 % çoxdur) 7 min 667 ton (+16 %), İtaliyaya 24,623 milyon ABŞ dolları dəyərində (+31 %) 3 min 969 ton (+34 %), Almaniyaya 13,57 milyon ABŞ dolları dəyərində (+11 %) 2 min 212 ton (+22 %), Qazaxıstana 2,038 milyon ABŞ dolları dəyərində (-3,4 %) 799,11 ton (-16 %), Özbəkistana 1,257 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 523,48 ton (+2,1 dəfə) məhsul ixrac edilib.

Yeddi il 2 aylıq aradan sonra Azərbaycandan Türkiyəyə, 6 il 3 aylıq fasilənin ardından Qətərə, 5 il 3 ayın tamamında Böyük Britaniyaya və 3 ildən sonra İraqa tədarük bərpa edilib. Həmin ölkələrə müvafiq olaraq 107 min ABŞ dolları dəyərində 21 ton, 0,83 min ABŞ dolları dəyərində 0,15 ton, 0,34 min ABŞ dolları dəyərində 0,05 ton və 0,24 min ABŞ dolları dəyərində 0,06 ton fındıq satılıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycandan xaricə (18 ölkəyə) göndərilən 19,5 min ton meşə fındığının 44,2 %-i Rusiyanın, 28,2 %-i İtaliyanın, 13,1 %-i Almaniyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti