Azərbaycanda qida itkisi və israfı problem olaraq öyrənilir

Azərbaycanda qida itkisi və israfı problem olaraq öyrənilir “İqlim dəyişikliyi, yoxsulluq və aclıq kimi cari qlobal çağırışlar qida itkisi və israfı ilə daha da ağırlaşmaqdadır. Xüsusən, qida itkisi, ətraf mühitə və ilk olaraq onun istehsalı üçün istifadə edilmiş təbii ehtiyatlara lazımsız təzyiq mənasını verir. B
ASK
17 May , 2022 11:22
Azərbaycanda qida itkisi və israfı problem olaraq öyrənilir
Leyla Məmmədova

“İqlim dəyişikliyi, yoxsulluq və aclıq kimi cari qlobal çağırışlar qida itkisi və israfı ilə daha da ağırlaşmaqdadır. Xüsusən, qida itkisi, ətraf mühitə və ilk olaraq onun istehsalı üçün istifadə edilmiş təbii ehtiyatlara lazımsız təzyiq mənasını verir. Bu, əsas etibarilə torpaq və su ehtiyatlarının israf edildiyi, çirklənmənin baş verdiyi və məqsədsiz şəkildə istixana qazlarının buraxıldığı anlamına gəlir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanda qida itkisi və israfının azaldılması üzrə Strateji Yol Xəritəsinin tərtibi Milli Maraqlı Tərəflərlə Məsləhətləşmə Seminarında jurnalistlərə Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Məmmədova deyib.

O qeyd edib ki, qida itkisi və israfı eyni zamanda mikronutrientlə zəngin qidaların mümkünlüyünün azalmasına, kiçik fermerlərin və dəyər zəncirinin digər iştirakçılarının gəlirlərinin aşağı düşməsinə və istehlakçılara təsir edən ərzaq qiymətlərinin artmasına gətirib çıxarır:

“2050-ci ildə dünya əhalisinin demək olar ki, 10 milyarda çatacağı proqnozlaşdırılır və əhalini davamlı şəkildə qidalandırmaq çağırışı kontekstində qida itkisi və israfını minimuma endirmək və qida sisteminin əsasını təşkil edən resurslardan maksimum istifadə etmək xüsusilə mühüm hesab edilir”.

Son xəbərlər

Orphus sistemi