Azərbaycanda payızlıq əkin sahələrinin yarısı şumlanıb

Azərbaycanda payızlıq əkin sahələrinin yarısı şumlanıb Azərbaycanda bu günə 61 rayon üzrə ümumilikdə 565 577 hektar sahədə şumlanma həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 715 hektar çoxdur.
ASK
2 Oktyabr , 2020 17:24
Azərbaycanda payızlıq əkin sahələrinin yarısı şumlanıb

Azərbaycanda bu günə 61 rayon üzrə ümumilikdə 565 577 hektar sahədə şumlanma həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 715 hektar çoxdur.

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 

Xatırladaq ki, ötən il ölkədə 557 862 hektar sahədə şum aparılıb. Bu il bu rəqəmin 1 118 346 hektar olacağı proqnozlaşdırılır. Bu il şumlanan əkin sahələri mövcud sahələrin 50,6%-ni təşkil edir.

Nazirliyə məxsus “Aqroservis” ASC fermerlərin şum, əkin və biçin zamanı texnika ilə təmin olunmasında yaxından iştirak edir. Bu il fermerlər 2 127 şum traktoru ilə təmin olunub ki, bunun da 351 ədədi səhmdar cəmiyyətinin rayon bölmələrinə məxsusdur. Şum prosesinə əlavə olaraq, 27 ədəd mala, 35 ədəd toxumsəpən və 288 ədəd kotan cəlb olunub. Texnikaların cəlb olunduğu sahələr daha çox Ağsu, İmişli, Oğuz, Şəki, Ağdaş, Samux, Sabirabad və Kürdəmir rayonları üzrə təşkil edib. 

Son xəbərlər

Orphus sistemi