Azərbaycanda keyfiyyətli taxıl toxumu istehsalının 100 min tona çatdırılması planlaşdırılır

Azərbaycanda keyfiyyətli taxıl toxumu istehsalının 100 min tona çatdırılması planlaşdırılır Bakı. 25 iyul. REPORT.AZ/ Ötən təsərrüfat ilində Azərbaycanda 80 min tondan artıq keyfiyyətli taxıl toxumu istehsal edilib.
ASK
25 İyul , 2018 11:38
Azərbaycanda keyfiyyətli taxıl toxumu istehsalının 100 min tona çatdırılması planlaşdırılır
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ Ötən təsərrüfat ilində Azərbaycanda 80 min tondan artıq keyfiyyətli taxıl toxumu istehsal edilib. 

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov deyib.

İ.Cümşüdov bildirib ki, hazırda bu sahədə istehsalın artırılması üçün işlər aparılır:

"Bu təsərrüfat ilində keyfiyyətli taxıl toxumunun istehsal həcmini 100 min tona çatdırmaq niyyətindəyik. Məqsədimiz əsas kənd təsərrüfatı sahələrində toxum ehtiyacını daxili istehsal hesabına ödəməkdir".

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, ölkəyə GMO tərkibli toxumların gətirilməsinin qadağandır, amma tədqiqat məqsədi ilə gətirilə bilər.

Son xəbərlər

Orphus sistemi