Bakı. 18 dekabr. REPORT.AZ/ Milli Məclisin (MM) bu gün keçirilən iclasında Azərbaycanda tərkibi genetik modifikasiya olunan (GMO) pambığın satışı, istifadəsi və idxalının qadağan edilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılb. “Report” xəbər verir ki, bununla bağlı məsələ “Pambıqçılıq haqqında” qanun layihəsində əksini tapıb.
Dəyişikliklər layihəsi barədə məlumat verən MM-in Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib ki, bundan sonra ölkədə genetik modifikasiya olunan bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılan kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunan pambığın və pambıq məhsullarının Azərbaycanda satışına, istifadəsinə və idxalına yol verilməyəcək.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub