Azərbaycanda aqrar sektor 3 %-dən çox böyüyüb

Azərbaycanda aqrar sektor 3 %-dən çox böyüyüb Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 5 milyrad 865 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
ASK
13 İyul , 2023 11:48
Azərbaycanda aqrar sektor 3 %-dən çox böyüyüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 5 milyard 865 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 % çoxdur.

Son 1 ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 3% artaraq 2 milyard 968 milyon manat, heyvandarlıq məhsulların dəyəri isə 3,7 % artaraq 2 milyard 897 min manat olub.

"Ölkədə yaz-tarla işləri başa çatıb. İyulun 1-nə kimi 350 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 61,9 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 29,1 min hektarı dən üçün qarğıdalı), 49,5 min hektar sahədə kartof, 61,2 min hektar sahədə tərəvəz, 17,2 min hektar sahədə bostan bitkiləri, 94,2 min hektar sahədə pambıq, 10,5 min hektar sahədə dən üçün günəbaxan, 4,5 min hektar sahədə şəkər çuğunduru, 2,9 min hektar sahədə tütün, 45,6 min hektar sahədə çoxillik otlar, 1,3 min hektar sahədə birillik otlar və 1,2 min hektar sahədə sair bitkilər əkilib.

Bu ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 285,4 min ton ət, 1122,9 min ton süd, 1107,4 milyon ədəd yumurta, 14 min ton yun, 356,6 ton barama istehsal edilib, ötən ilin eyni dövrünə nisbətən ət istehsalı 3,1 %, süd istehsalı 2,7 %, yumurta istehsalı 12 %, barama istehsalı 5,1 % artıb, yun istehsalı isə 2,8 % azalıb", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi