Azərbaycanda 97 fermer təsərrüfatı aqroturizm üçün uyğun hesab edilib

Azərbaycanda 97 fermer təsərrüfatı aqroturizm üçün uyğun hesab edilib Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə reallaşdırılan “Şəhərdən Kəndə” layihəsi çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 115 təsərrüfat sahibi iştirak edib.
ASK
11 Avqust , 2021 15:11
Azərbaycanda 97 fermer təsərrüfatı aqroturizm üçün uyğun hesab edilib

Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə reallaşdırılan “Şəhərdən Kəndə” layihəsi çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislərinm təşkil etdiyi təlimlərdə 115 təsərrüfat sahibi iştirak edib.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-ə yaxın aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 134 fermer təsərrüfatından 97-si aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib. Layihənin icrasına başlanılan gündən etibarən müxtəlif regionlarda olan fermer təsərrüfatlarına 40-dan artıq aqrotur təşkil olunub. Bu turlara ümumilikdə 900-dən çox turist qoşulub ki, onların da 170-ə yaxını əcnəbi turistlərdir.

Layihənin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Son xəbərlər

Orphus sistemi