Azərbaycanda 6 ayda sosial müavinətlərə 85 milyon manata yaxın vəsait xərclənib

Maliyyə
  • 27 iyul, 2026
  • 10:23
Azərbaycanda 6 ayda sosial müavinətlərə 85 milyon manata yaxın vəsait xərclənib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərə 84,8 milyon manat vəsait ödənilib.

Bu barədə "Report" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 milyon manat və yaxud 5,8 % çoxdur.