Azərbaycan Səudiyyə Ərəbistanına gavalı və göyəm satışını kəskin artırıb
- 01 avqust, 2025
- 12:34
Bu ilin yanvar-may aylarında Azərbaycan 503 min ABŞ dolları dəyərində 705,42 ton gavalı və göyəm ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 57 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 487,57 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 96 % çox) 694,48 ton (+55 %), Birləşmiş Ərəb Əmirliklərinə 13,46 min ABŞ dolları dəyərində 8,97 ton (bir il əvvəl tədarük olmayıb), Səudiyyə Ərəbistanına 1,05 min ABŞ dolları dəyərində (+105 dəfə) 0,06 ton (+3 dəfə) və Qazaxıstana 0,68 min ABŞ dolları dəyərində 1,9 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 5,57 min ton gavalı və göyəmin 93 %-i Rusiyanın payına düşüb.