Azərbaycan şəkər ixracından qazancını 2,6 dəfə artırıb
- 15 fevral, 2023
- 14:36
Bu il yanvar ayında Azərbaycan 5,384 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,6 % çoxdur.
Yanvarda Azərbaycanın şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracının dəyəri isə 4,87 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 2,6 dəfə çoxdur.
Ay ərzində şəkər idxalına çəkilən xərc Azərbaycanın ümumi idxalının 0,38 %-ni, şəkər ixracından əldə olunan gəlir isə ümumi ixracın 0,26 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 289,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2022-ci ilin eyni dövrünə nisbətən 19 % azdır. İllik xarici ticarət dövriyyəsinin 1 milyard 876,8 milyon ABŞ dolları ixracın, 1 milyard 412,7 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 39,2 % az, idxal isə 44,9 % artıb.