Azərbaycan Qətərə zəfəran ixrac etməyə başlayıb
- 05 sentyabr, 2023
- 08:09
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 11,2 min ABŞ dolları dəyərində 0,02 ton zəfəran göndərib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,7 dəfə, kəmiyyət olaraq – 2 dəfə çoxdur.
Azərbaycan təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 5,73 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 0,01 ton (dəyişməyib) və Qətərə 5,42 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qətərə tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycan ancaq İrandan zəfəran alıb. Bu ölkədən 31,84 min ABŞ dolları dəyərində (+26 dəfə) 0,03 ton məhsul (dəyişməyib) idxal edilib.