Azərbaycan Omana soğan ixrac etməyə başlayıb
- 01 aprel, 2024
- 06:29
Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrə 209 min ABŞ dolları dəyərində 602 ton soğan ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 43 %, kəmiyyət olaraq – 68 % azdır.
Hesabat dövründə Azərbaycan İraqa 130,68 min ABŞ dolları dəyərində 424,4 ton (bir il əvvəl tədarük olmayıb), Omana 44,86 min ABŞ dolları dəyərində 99,68 ton, Rusiyaya 28,43 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % azdır) 52,92 ton (+23 %) və Birləşmiş Ərəb Əmirliklərinə 5 min ABŞ dolları dəyərində 25 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Omana soğan tədarükü həyata keçirilib.