Azərbaycan Misirdən portağal idxalını 120 dəfə artırıb

ASK
  • 07 may, 2024
  • 11:13
Azərbaycan Misirdən portağal idxalını 120 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 5,78 milyon ABŞ dolları dəyərində 7 min 230 ton portağal idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 17 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 4,43 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % çoxdur) 6 min 320 ton (+7,2 %), Türkiyədən 555 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 790 ton (+3 dəfə) və Misirdən 96,18 min ABŞ dolları dəyərində (+112 dəfə) 120 ton (+120 dəfə) məhsul alıb.

2023-cü ildə Azərbaycana 8 ölkədən idxal edilmiş 19,6 min ton portağalın 69,3 %-i İranın, 18,8 %-i Türkiyənin payına düşüb.