Azərbaycan meşə fındığı ixracından gəlirini 39 % artırıb

ASK
  • 29 aprel, 2022
  • 13:40
Azərbaycan meşə fındığı ixracından gəlirini 39 % artırıb

Bu ilin mart ayında Azərbaycan 10,9 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.

İcmala görə, bu, 2021-ci ilin eyni ayı ilə müqayisədə 1,2 milyon ABŞ dolları və ya 12,4 % çoxdur.

Bu ilin ilk rübü ərzində Azərbaycan xarici ölkələrə 39,5 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11 milyon ABŞ dolları və ya 38,6 % çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın ixracı 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 727,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 225,6 milyon ABŞ dolları və ya 45% artıb.

44 filmi