Azərbaycan mərci ixracını bərpa edib
- 09 dekabr, 2022
- 08:45
Bu ilin ilk 9 ayı ərzində Azərbaycan xaricdən 5,899 milyon ABŞ dolları dəyərində 5 min 388 ton mərci alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq – 69 % çoxdur.
Qazaxıstandan 2,816 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə artıb) 2 min 363 ton (+2,5 dəfə), Rusiyadan 1,449 milyon ABŞ dolları dəyərində (+3,1 dəfə) 1 min 672 ton (+2,7 dəfə), Qırğızıstandan 1,244 milyon ABŞ dolları dəyərində (+15 %) 1 min 045 ton (-21 %), Kanadadan 371,79 min ABŞ dolları dəyərində (+68 %) 296,5 ton (+18 %), Türkiyədən 14,42 min ABŞ dolları dəyərində (-73,4 %) 9 ton (-81,4 %) məhsul gətirilib.
Ötən il Azərbaycanın xaricdən (13 ölkədən) aldığı 5 min 564 ton mərcinin 45 %-i Qazaxıstanın, 20 %-i Qırğızıstanın payına düşüb.
Hesabat dövründə Azərbaycandan xaricə 6,44 min ABŞ dolları dəyərində 3,75 ton (3 il 2 aylıq fasilənin ardından ixrac bərpa edilib) mərci göndərilib.
Polşaya 6,17 min ABŞ dolları dəyərində 3,6 ton və Ukraynaya 0,26 min ABŞ dolları dəyərində 0,15 ton məhsul satılıb.