Azərbaycan İspaniyadan bibər idxalını bərpa edib
- 27 fevral, 2023
- 13:18
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci il ərzində Azərbaycana xaricdən 4,943 milyon ABŞ dolları dəyərində 7 min 37 ton bibər gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 2,7 % çoxdur.
İrandan Azərbaycana 4,12 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43,4 % çoxdur) 5 min 884 ton (+31,3 %), Türkiyədən 786 min ABŞ dolları dəyərində (-47 %) 1 min 121 ton (-53 %), Rusiyadan 35,62 min ABŞ dolları dəyərində 28,85 ton, Niderlanddan 2,62 min ABŞ dolları dəyərində (-51 %) 3,73 ton (-44,4 %), İspaniyadan 0,44 min ABŞ dolları dəyərində 0,55 ton və İtaliyadan 0,05 min ABŞ dolları dəyərində (-55 %) 0,01 ton (dəyişməyib) məhsul idxal edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Rusiyadan idxal həyata keçirilib. İki il 8 aylıq aradan sonra İspaniyadan tədarük bərpa edilib.
Hesabat dövründə Azərbaycan xaricə (bir əvvəl də olduğu kimi Rusiyaya) 89,65 min ABŞ dolları dəyərində 74,7 ton bibər satıb ki, bu da 2021-ci ilin göstəricisindən müvafiq olaraq 13 dəfə və 9,4 dəfə çoxdur.