Azərbaycan İrandan ananas idxalını bərpa edib
- 16 aprel, 2024
- 10:35
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 479 min ABŞ dolları dəyərində 503 ton ananas (təzə və yaxud qurudulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 74 %, kəmiyyət olaraq – 2,1 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Kosta-Rikadan 421,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 487,65 ton (+2,2 dəfə), Tailanddan 54,62 min ABŞ dolları dəyərində (-15 %) 14,76 ton (-12 %), Mavrikiyadan 1,67 min ABŞ dolları dəyərində (+52 %) 0,33 ton (+50 %), İrandan 0,54 min ABŞ dolları dəyərində 0,09 ton, Cənubi Afrika Respublikasından 0,5 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb) ananas alıb.
Azərbaycan 8 ilin tamamında İrandan ananas tədarükünü bərpa edib.