Azərbaycan İndoneziyadan ananas tədarükünü kəskin artırıb
- 27 oktyabr, 2023
- 09:41
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 1,2 milyon ABŞ dolları dəyərində 1 min 189 ton ananas (təzə və yaxud qurudulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 10 % çoxdur.
Hesabat dövründə Azərbaycan Kosta-Rikadan 916 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,7 % azdır) 1 min 39 ton (+2 %), Tailanddan 165 min ABŞ dolları dəyərində (+15,3 %) 49 ton (+36 %), İndoneziyadan 58 min ABŞ dolları dəyərində (+5,2 dəfə) 67,94 ton (+5,2 dəfə), Çindən 36 min ABŞ dolları dəyərində 12 ton (bir il əvvəl tədarük olmayıb), Keniyadan 16,1 min ABŞ dolları dəyərində 18,9 ton (bir il əvvəl tədarük olmayıb) ananas alıb.
2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilən 2,1 milyon ABŞ dollarlıq ananasın 79,6 %-i Kosta-Rikanın, 11,3 %-i Tailandın payına düşüb.