Azərbaycan iki ölkəyə şərab ixracını bərpa edib
- 15 noyabr, 2022
- 10:35
2022-ci ilin 3 rübü ərzində Azərbaycan 2,769 milyon ABŞ dolları dəyərində 33,75 min dekalitr üzüm şərabı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,3 %, kəmiyyət olaraq – 8,1 % çoxdur.
İtaliyadan 1,323 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çoxdur) 14,88 min dekalitr (+42 %), Fransadan 723,49 min ABŞ dolları dəyərində (-12 %) 3,28 min dekalitr (-45,3 %), Gürcüstandan 304,82 min ABŞ dolları dəyərində (-31 %) 8,35 min dekalitr (-28 %), Rusiyadan 74,44 min ABŞ dolları dəyərində 1,92 min dekalitr (1 il 5 aydan sonra bərpa edilib), İspaniyadan 57,21 min ABŞ dolları dəyərində (+6 %) 0,78 min dekalitr (+34,5 %) məhsul alınıb.
Hesabat dövründə Azərbaycan xaricə 3,373 milyon ABŞ dolları dəyərində (+33 %) 190,42 min (+23,4 %) dekalitr üzüm şərabı satıb.
Rusiyaya 2,743 milyon ABŞ dolları dəyərində (+57 %) 167,75 min dekalitr (+27,3 %), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 161,21 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 1,76 min dekalitr (+2,4 dəfə), Belarusa 131,12 min ABŞ dolları dəyərində (+42 %) 5,76 min dekalitr (+35 %), Rumıniyaya 52,33 min ABŞ dolları dəyərində 2,18 min dekalitr (ilk dəfə ixrac olunub), Yaponiyaya 43,78 min ABŞ dolları dəyərində (-71 %) 1,17 min dekalitr (-25,5 %) məhsul göndərilib.
Üç il 9 ayın tamamında İsveçrəyə, 1 il 3 aylıq aradan sonra Almaniyaya tədarük bərpa edilib. Həmin ölkələrə müvafiq olaraq 0,18 min ABŞ dolları dəyərində 0,01 min dekalitr, 0,19 min ABŞ dolları dəyərində 0,01 min dekalitr şərab ixrac edilib.