Azərbaycan əsas tədarük bazarına armud ixracını 6 dəfə artırıb
- 13 aprel, 2022
- 08:51
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvarında Azərbaycan xaricdən 143,8 min ABŞ dolları dəyərində 159,8 ton armud alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 43,5 %, kəmiyyət olaraq – 42,1 % azalıb.
Azərbaycan Belçikadan 117,53 min ABŞ dolları dəyərində 130,59 ton, Türkiyədən 22,11 min ABŞ dolları dəyərində 24,57 ton, Niderlanddan 4,15 min ABŞ dolları dəyərində 4,61 ton məhsul alıb.
Ötən ilin analoji dövrü ilə müqayisədə Belçikadan tədarük müvafiq olaraq 53,8 % və 52,6 % azalıb, Niderlanddan – 28 dəfə və 27 dəfə artıb. 2021-ci ilin ilk ayında Türkiyədən armud idxal olunmayıb.
Hesabat dövründə Azərbaycan armudu ancaq Rusiyaya satıb. Bu ölkəyə 97,1 min ABŞ dolları dəyərində 128,85 ton məhsul tədarük edilib ki, bu da ötənilki yanvarla müqayisədə 6,3 dəfə və 5,9 dəfə çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycanın xarici bazarlara tədarük etdiyi 5,78 min ton armudun 96,7 %-i Rusiyanın payına düşüb.