Azərbaycan daha iki ölkəyə mandarin ixracına başlayıb
- 02 mart, 2023
- 06:09
2022-ci il ərzində Azərbaycana 5,6 milyon ABŞ dolları dəyərində 7 min 888 ton mandarin idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 13 % azdır, kəmiyyət olaraq – 9 % çoxdur.
Azərbaycan Türkiyədən 4,882 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 % çoxdur) 6 min 959 ton (+1,9 %), Pakistandan 372 min ABŞ dolları dəyərində (-60 %) 464 ton (-60 %), Misirdən 106 min ABŞ dolları dəyərində (+66 %) 139,2 ton (+63,5 %), Perudan 34 min ABŞ dolları dəyərində (+3,1 dəfə) 42,3 ton (+3 dəfə), Cənubi Afrikadan 31 min ABŞ dolları dəyərində (+34,8 %) 38,85 ton (+44,4 %) məhsul alıb.
Hesabat dövründə Azərbaycan xarici ölkələrə 3 milyon ABŞ dolları dəyərində (+7,6 dəfə) 4 min 552 ton (+7,4 dəfə) mandarin satıb.
Rusiyaya 2,98 milyon ABŞ dolları dəyərində (+7,9 dəfə) 4 min 517 ton (+7,7 dəfə), Qazaxıstana 17,69 min ABŞ dolları dəyərində (+4,5 dəfə) 34,44 ton (+4,2 dəfə), Yaponiyaya 1,47 min ABŞ dolları dəyərində 0,13 ton və Qətərə 0,18 min ABŞ dolları dəyərində 0,08 ton meyvə ixrac olunub.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qətərə və Yaponiyaya tədarük həyata keçirilib.