Azərbaycan daha bir ölkəyə xurma ixrac etməyə başlayıb
- 14 fevral, 2023
- 09:13
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 89,5 milyon ABŞ dolları dəyərində 118 min 576 ton xurma göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 %, kəmiyyət olaraq – 8 % azdır.
Azərbaycan Rusiyaya 84,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,1 % azdır) 104 min 721 ton (+0,4 %), Ukraynaya 4,122 milyon ABŞ dolları dəyərində (-38 %) 12 min 373 ton (-50 %), Belarusa 709 min ABŞ dolları dəyərində (+11,3 dəfə) 945 ton (+4 dəfə), Qazaxıstana 121,85 min ABŞ dolları dəyərində (+56 %) 338,84 ton (+44 %), Türkiyəyə 35 min ABŞ dolları dəyərində (-40 %) 113,54 ton (-51 %) məhsul satıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Estoniyaya tədarük həyata keçirilib. Həmin ölkəyə 2,2 min ABŞ dolları dəyərində 7,4 ton xurma ixrac edilib.