Azərbaycan daha bir ölkəyə fındıq satmağa başlayıb
- 01 fevral, 2022
- 09:46
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xaricə 97 milyon 472,08 min ABŞ dolları dəyərində 16 min 949,98 ton meşə fındığı (qabıqlı və qabığı təmizlənmiş) satıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 5,63 % azalıb, kəmiyyət olaraq – 0,8 % artıb.
Hesabat dövründə Rusiyaya 45 milyon 015,97 min ABŞ dolları dəyərində 7 min 800,39 ton, İtaliyaya 27 milyon 681,21 min ABŞ dolları dəyərində 4 min 388,15 ton, Almaniyaya 14 milyon 984,86 min ABŞ dolları dəyərində 2 min 242,02 ton, Qazaxıstana 2 milyon 569,89 min ABŞ dolları dəyərində 1 min 170,89 ton, Lüksemburqa 1 milyon 404 min ABŞ dolları dəyərində 220 ton məhsul göndərilib.
Əvvəlki ilin analoji dövrü ilə müqayisədə Rusiyaya tədarük müvafiq olaraq 7,9 % və 9,15 % azalıb, İtaliyaya – 15,17 % və 24,52 % artıb, Almaniyaya – 10,46 % və 17,54 % artıb, Qazaxıstana – 3,34 dəfə və 4,23 dəfə artıb, Lüksemburqa – 77,27 % və 83,33 % artıb. İki il 9 aylıq fasilənin ardından Birləşmiş Ərəb Əmirliklərinə ixrac bərpa edilib. Ötən il Azərbaycan ilk dəfə olaraq Kanadaya fındıq tədarük edib. Kanadaya 8,94 min ABŞ dolları dəyərində 1,01 ton, Birləşmiş Ərəb Əmirliklərinə 0,2 min ABŞ dolları dəyərində 0,03 ton məhsul göndərilib.