Azərbaycan daha bir ölkədən zəncəfil tədarükünə başlayıb
- 01 noyabr, 2022
- 12:03
2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 514,89 min ABŞ dolları dəyərində 236,8 ton zəncəfil gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 32 % çoxdur, kəmiyyət olaraq – 16 % azdır.
Hesabat dövründə Çindən 301,85 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 63 % çoxdur) 145,85 ton (+2,8 %), Braziliyadan 112 min ABŞ dolları dəyərində (+37 %) 56,3 ton (-18 %), Hindistandan 56,44 min ABŞ dolları dəyərində (-16 %) 22,01 ton (-45 %), İrandan 24,12 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 9,65 ton (+2,7 dəfə), Türkiyədən 14,52 min ABŞ dolları dəyərində (+1,8 %) 1,6 ton (-35 %) məhsul alınıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İspaniyadan tədarük həyata keçirilib. Həmin ölkədən 0,52 min ABŞ dolları dəyərində 0,02 ton ədviyyat alınıb.