Azərbaycan daha bir ölkədən qarabaşaq idxal etməyə başlayıb
- 02 dekabr, 2022
- 10:15
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 7,093 milyon ABŞ dolları dəyərində 6 min 235 ton qarabaşaq idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,7 dəfə, kəmiyyət olaraq – 2,8 dəfə çoxdur.
Hesabat dövründə Rusiyadan 6,956 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 4,4 dəfə artıb) 6 min 123 ton (+2,7 dəfə), Qazaxıstandan 136,1 min ABŞ dolları dəyərində 112,5 ton, Almaniyadan 0,8 min ABŞ dolları dəyərində (+77,8 %) 0,2 ton (+54 %), Litvadan 0,22 min ABŞ dolları dəyərində 0,05 ton və Çindən 0,05 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alınıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) Litvadan ilk dəfə olaraq tədarük həyata keçirilib. Dörd il 3 aylıq aradan sonra Qazaxıstandan, 2 il 4 aylıq fasilənin ardından Çindən idxal bərpa edilib.