Azərbaycan daha bir ölkədən pambıq toxumu almağa başlayıb
- 07 iyul, 2022
- 06:02
Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 8,097 milyon ABŞ dolları dəyərində 2 min 971,82 ton pambıq toxumu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 23,3 %, kəmiyyət olaraq – 32,4 % çoxdur.
Hesabat dövründə Türkiyədən 8,089 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 23,2 % artıb) 2 min 971 ton (+32,4 %) və İsraildən 8,18 min ABŞ dolları dəyərində 0,37 ton məhsul alınıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsraildən tədarük həyata keçirilib.
Qeyd edək ki, 2021-ci ilin 12 ayı ərzində Azərbaycanın xaricdən (Türkiyə, Yunanıstan və Pakistan) aldığı 2 min 268,35 ton pambıq toxumunun 99,99 %-i Türkiyənin payına düşüb.