Azərbaycan daha bir ölkədən bal almağa başlayıb

ASK
  • 06 dekabr, 2022
  • 10:44
Azərbaycan daha bir ölkədən bal almağa başlayıb

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 395,29 min ABŞ dolları dəyərində 74,6 ton təbii bal idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 18,5 % azdır.

Türkiyədən 156,39 min ABŞ dolları (bir il əvvəlki göstəricidən 14 % çoxdur) dəyərində 30,75 ton (+41 %), Rusiyadan 151,84 min ABŞ dolları (-0,6 %) dəyərində 30,33 ton (-0,5 %), İspaniyadan 48,65 min ABŞ dolları dəyərində (+45,1 %) 6,59 ton (+88,6 %), Almaniyadan 19,1 min ABŞ dolları (+27 %) dəyərində 1,91 ton (+13,7 %), İrandan 12,13 min ABŞ dolları (-87,2 %) dəyərində 3,95 ton (-87,7 %) məhsul gətirilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Braziliyadan tədarük həyata keçirilib. Həmin ölkədən 1,55 min ABŞ dolları dəyərində 0,3 ton bal alınıb.