Azərbaycan daha 2 ölkəyə armud tədarükünə başlayıb
- 07 mart, 2023
- 06:36
2022-ci il ərzində Azərbaycan 2,5 milyon ABŞ dolları dəyərində 2 min 765 ton armud idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 25 % çoxdur.
Azərbaycan Belçikadan 1,724 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,7 % azdır) 1 min 909 ton (+4 %), Türkiyədən 284 min ABŞ dolları dəyərində (+4 dəfə) 318 ton (+4 dəfə), Cənubi Afrika Respublikasından 202,26 min ABŞ dolları dəyərində (+44,3 %) 224,53 ton (+43,6 %), Niderlanddan 154,11 min ABŞ dolları dəyərində (+44 %) 171,2 ton (+44 %), Polşadan 70,76 min ABŞ dolları dəyərində 78,62 ton (9 il 2 aydan sonra bərpa edilib) məhsul alıb.
Hesabat dövründə Azərbaycan xarici ölkələrə 2,69 milyon ABŞ dolları dəyərində (-33 %) 4 min ton (-30 %) armud göndərilib.
Rusiyaya 2,654 milyon ABŞ dolları dəyərində (-32 %) 3 min 914 ton (-30 %), Qazaxıstana 36,25 min ABŞ dolları dəyərində (-28 %) 103,25 ton (-34 %), Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 2,24 min ABŞ dolları dəyərində 1,48 ton, Qətərə 0,40 min ABŞ dolları dəyərində 0,19 ton və Siqapura 0,09 min ABŞ dolları dəyərində 0,05 ton məhsul satılıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qətərə və Sinqapura ixrac həyata keçirilib. İki il 3 aylıq fasilənin ardından BƏƏ-yə tədarük bərpa edilib.