Azərbaycan Çilidən kokos idxalını bərpa edib

ASK
  • 06 may, 2024
  • 13:47
Azərbaycan Çilidən kokos idxalını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 276,4 min ABŞ dolları dəyərində 138 ton hind qozu (kokos (qurudulmuş), daxili qişalı, digərləri) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 45 % çoxdur.

Hesabat dövründə Azərbaycan Vyetnamdan 82 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 182 dəfə çoxdur) 46 ton (+511 dəfə), İndoneziyadan 70 min ABŞ dolları dəyərində (-58 %) 38 ton (-51 %), Şri-Lankadan 55,3 min ABŞ dolları dəyərində 26 ton (bir il əvvəl tədarük olmayıb), Kot-divuardan 35,1 min ABŞ dolları dəyərində (+46 %) 17,5 ton (+47 %), Hindistandan 21 min ABŞ dolları dəyərində 6,4 ton (bir il əvvəl tədarük olmayıb) hind qozu alıb.

Azərbaycan 7 ilin tamamında Çilidən (4,52 min ABŞ dolları dəyərində 2,26 ton) kokos tədarükünü bərpa edib.